QOŞQAR BAĞIROV

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi

[email protected]

 

MÜHARİBƏ VƏ SÜLH: REALLIQ VƏ TƏZADLAR

 

DOI: https://doi.org/10.36719/2708-065X/109/171-175

 

Dünyada hərbi və siyasi qarşıdurmaların artdığı indiki zamanda müharibə və sülh məsələləri aktuallıq kəsb edir. Hər ikisi insan amili ilə bağlı olan bu problemlər bəşəriyyəti narahat edən əsas məsələlər sırasındadır. Müharibənin qalibi sülhün uduzanı olmaq tezisi nə qədər özünü təsdiq edirsə də dünya ölkələrinin heç də hamısı bu reallığı qavramaq və başa düşmək istəmir. Bununla əlaqədar olaraq mütərəqqi fikirli qüvvələr, aparıcı beynəlxalq təşkilatlar vəziyyətdən çıxış yolu tapmaq və ne­cə deyərlər, ziyanın yarısından qayıtmaq üçün cəhdlər göstərir, hərbi əməliyyatların dayandırılması, insanların kütləvi qırğının qarşısının alınması yönündə addımlar atılır. Tədqiqat işində müharibə və sülh məsələləri təhlil olunub, bu kontekstdə insan amili səbəb, müharibə üzündən yaranan hərtərəfli böhran isə nəticə kimi araşdırılıb.

Açar sözlər: Təhlükəsizlik Şurası, BMT, dövlət, müharibə, münaqişə, təcavüz, sülh, ordu, siyasət.



YÜKLƏ [225.06 Kb]
Baxış: 10
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]