ANARA MƏMMƏDOVA

Azərbaycan Universiteti Siyasi və

ictimai elmlər kafedrasının doktorantı

a.mammadli1986@gmail.com

 

BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ

STRATEJİ KOMMUNİKASİYALARIN ROLU

 

DOI: https://doi.org/10.36719/2708-065X/109/165-170

 

Mürəkkəb proseslərin cərəyan etdiyi beynəlxalq münasibətlər sistemində “strateji kommunikasi­yalar” dövlətlərin informasiya siyasətini formalaşdırmaq, onların milli maraqları qorumaq və beynəl­xalq imiclərini möhkəmləndirmək üçün mühüm vasitə rolunu oynamaqdadır. Bu məqalədə strateji kommunikasiyaların beynəlxalq münasibətlərdəki yeri və rolu təhlil olunur, xüsusilə də onların diplo­matik fəaliyyət, daxili və xarici təhlükəsizliyin təmin edilməsi, böhran və riskli vəziyyətlərdə əhəmiy­yəti, ictimai diplomatiya sahəsindəki rolu və zərurəti vurğulanır.

Strateji kommunikasiyalar dövlətlərin xarici siyasətində informasiyanın planlı və məqsədyönlü şəkildə yayılmasını təmin edir. Bu, milli maraqların beynəlxalq aləmdə müdafiəsi və təşviqi üçün va­cibdir. Nəticə etibarilə, strateji kommunikasiyalar müasir beynəlxalq münasibətlərdə dövlətlərin infor­masiya siyasətinin effektivliyini artırmaq, milli maraqlarını qorumaq və beynəlxalq imicini möhkəm­ləndirmək, milli-mədəni dəyərlərinin təbliği üçün əvəzsiz vasitədir. Dövlətlərarası münasibətlər müs­təvisində bu vasitələrin reallaşdırılması müxtəlif sahələr və istiqamətlər üzrə həyata keçirilir. Real­laşma platformaları kimi beynəlxalq strateji kommunikasiya təlim və sammitlərində iştirak, diaspora təşkilatları və xarici mediya kampaniyaları ilə sıx əməkdaşlıqlar, enerji, logistika, təhlükəsizlik, mədə­niyyət sahələrində məqsədyönlü ünsiyyətin qurulması və s. böyük önəm daşıyır. Bir sözlə, strateji kom­munikasiya beynəlxalq münasibətlərdə dövlətlərin informasiya mühitində üstünlük qazanmasına, icti­mai rəyə təsir etməsinə və diplomatik məqsədlərinə nail olmasına xidmət edir.

Açar sözlər: beynəlxalq münasibətlər, strateji kommunikasiya, ictimai diplomatiya, yumşaq güc.



YÜKLƏ [235.52 Kb]
Baxış: 102
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]