GÜNEL CƏFƏROVA
Bakı Dövlət Universiteti
Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dissertantı
1960-1970-Cİ İLLƏRDƏ BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ
AZƏRBAYCAN TARİXİ ELMİNİN ÖYRƏNİLMƏSİ MƏSƏLƏLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/109/139-143
Məqalədə ötən əsrin 60-70-ci illərində Bakı Dövlət Universitetində Azərbaycan tarixinin öyrənilməsi məsələləri araşdırılır. Azərbaycan SSR Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin tədris prosesinin araşdırılmasından aydın olur ki, SSRİ Nazirlər Sovetinin 12 aprel 1956-cı il tarixli “Ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin yaxşılaşdırılması vəziyyəti haqqında” qərarı Azərbaycan SSR-nin bütün ali təhsil müəssisələri, o cümlədən o zamankı Azərbaycan Dövlət Universitetində elmi-tədqiqat işlərinin vəziyyətini nizsbi də olsa yaxşlıaşdırmışdı. Bundan iki il sonra isə Azərbaycan KP MK bürosu 1 iyul 1958-ci ildə “Azərbaycan SSR-nin ali və orta məktəblərində Azərbaycan tarixinin tədrisi haqqında” yeddi bənddən ibarət ayrıca qərarı da bu istiqamətdə atılan müsbət addımlardan idi. Bütün bu qərarlar Azərbaycan SSR-nin ali təhsil müəssisələrində, eləcə də Azərbaycan Dövlət Universitetində vətən tarixinin dərindən öyrənilməsinə bir qədər olsa meyli gücləndirmişdi. Qeyd olunan bu kimi məsələlər məqalədə Azərbaycan Respublikası Dövlət Arxivinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin, eləcə də Bakı Dövlət Universiteti ilə bağlı yazılmış tarixi ədəbiyyat əsasında araşdırılaraq təhlil edilmişdir.
Açar sözlər: Bakı Dövlət Universiteti, Azərbaycan tarixi, ali təhsil, Azərbaycan SSR.