VÜQAR ABDULLAYEV

Milli Azərbaycan Tarix Muzeyinin doktorantı

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

ORCİD: 0000-0002-4403-8778

[email protected]

 

ALMANİYADA TƏHSİL ALAN AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN AQİBƏTİ

(Freyberq Dağ Akademiası - Berlin universitet arxivlərini araşdırarkən)

 

DOI: https://doi.org/10.36719/2708-065X/109/133-138

 

Məqalədə Cümhuriyyət dövründə Almaniyaya göndərilmiş tələbələrin sonrakı taleyindən bəhs olunur. Almaniyanın Freyberq Dağ Akademiyası və Berlin Humboldt Universiteti arxivlərində araş­dırma aparan müəllif bu illər ərzində Azərbaycanlı tələbələrin qarşılaşdığı çətinlikləri (xüsusilə mad­di) öyrənməklə bərabər, həm də onların uğurlarından, təhsil almaq üçün çalışdıqlarından diplom mü­dafiələrindən söz açır. Həm də məqalədə o illərdə Berlin şəhərində fəaliyyət göstərən “Azərbaycanlı Tələbələrin Komitəsi”ndən də danışılır. Komitənin Sovet inqilabından sonrakı taleyi komitənin rəh­bərliyində ermənilərin təmsilindən sonra, azərbaycanlı tələblərin hər yerdə izlənməsi, bu izlənmənin erməni xislətinə uyğun olaraq Sovet İstintaq orqanlarına ötürülməsi qeyd olunur. Müəllif Vətənə dö­nən həmyerlilərimizin Vətən üçün canla-başla çalışmasına baxmayaraq, son nəticədə “düşmən” kimi Vətəndən sürgün edilməsini də elə onların izlənməsi ilə əlaqədar olduğu qənaətinə gəlir. Məqaləniin sonunda müəllif arxiv materiallarının araşdırılmasının davam etdiyini də qeyd edir.

Açar sözlər: Cümhuriyyət tələbələri, Freyberq Dağ Akademiyası, Berlin Universitetlərinin arxivləri.



YÜKLƏ [279.12 Kb]
Baxış: 8
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]