CƏMİLƏ İSAQOVA

Bakı Dövlət Universitetinin doktorantı

https://orcid.org/0009-0005-7254-0676

[email protected]

 

ZƏMANƏMİZİN LAYİHƏ MEMARI:

İLHAM ƏLİYEVİN REGİONAL VƏ QLOBAL İNTEQRASİYA SİYASƏTİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/109/127-132

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsindən sonra qarşılaşdığı çətinlik­lər - iqtisadi tənəzzül, regional qarşıdurmalar və daxili sabitlik problemləri - ölkənin gələcək inkişaf strategiyasını düzgün müəyyənləşdirməyi tələb edirdi. Bu mərhələdə siyasi liderliyin rolu xüsusilə önə çıxdı. 2003-cü ildən Prezident seçilən İlham Əliyev ölkənin xarici siyasətində yeni yanaşmalar ortaya qoyaraq, Azərbaycanın beynəlxalq aləmdə daha fəal və təşəbbüskar mövqeyini formalaşdırdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindən biri beynəlxalq layihələrə inteqrasiya və yeni əməkdaşlıq formatlarının qurulması oldu. O, müxtəlif sahə­ləri - enerji, nəqliyyat, mədəniyyət və humanitar diplomatiyanı əhatə edən layihələrin əsas təşəbbüs­karlarından biri kimi çıxış etdi. Bu yanaşma nəticəsində Azərbaycan nəinki regional proseslərin işti­rakçısı, həm də bir çox qlobal təşəbbüslərin mühüm tərəfdaşı kimi tanındı.

Açar sözlər: İlham Əliyev, Beynəlxalq layihələr, Regional layihələr, multivektor yanaşma.



YÜKLƏ [234.04 Kb]
Baxış: 18
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]