GÜLGÜN QULİYEVA
Bakı Dövlət Universitetinin
Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrası, s.e.f.d.
AVROPA İTTİFAQININ BÖYÜK DÖVLƏTLƏRLƏ MÜNASİBƏTLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/109/118-126
Avropa İttifaqının qlobal aktor kimi mövqeyi və strateji prioritetləri nəzərə alınaraq, transatlantik tərəfdaşlıq, iqtisadi və texnoloji rəqabət, eləcə də təhlükəsizlik siyasəti kontekstində əsas əməkdaşlıq və qarşıdurma nöqtələri araşdırılır. Məqalədə Aİ-nin ABŞ ilə əlaqələrinin NATO və ticarət siyasəti çərçivəsində inkişafı, Çinin "Bir kəmər, bir yol" təşəbbüsü və iqtisadi təsiri fonunda formalaşan münasibətləri, habelə Rusiya ilə enerji asılılığı və geosiyasi münaqişələr çərçivəsində qarşılıqlı münasibətləri qiymətləndirilir. Böyük dövlətlərin Aİ-dəki rolu təkcə daxili siyasətlə məhdudlaşmır, eyni zamanda beynəlxalq güc mərkəzləri – ABŞ və Rusiya – bu inteqrasiya proseslərinə müxtəlif formalarda təsir göstərirlər. Avropa inteqrasiyası böyük dövlətlərin maraqlarının toqquşduğu və əməkdaşlıq etdiyi bir platformaya çevrilmişdir.
Açar sözlər: tərəfdaşlıq, əməkdaşlıq, strategiya, müttəfiqlik. enerji amili, texnoloji rəqabət, geosiyasistrategiya, spesifik mövqe.