XANIM ƏSƏDOVA
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi,
Tarix üzrə fəlsəfə doktoru
Orcid: 0000-0009-7476-3354
GƏNCƏ AZƏRBAYCAN MİLLİ İSTİQLALININ ƏRK QALASIDIR:
TARİX VƏ MÜASİRLİK
DOI: https://doi.org/10.36719/2708-065X/109/113-117
Azərbaycan xalqının milli tarixinin yazılmasında Gəncə şəhərinin özünəməxsus dəsti-xətti var. Müxtəlif tarixi dönəmlərdə qeyrət qalası, müqavimət mərkəzi və paytaxt kimi ad və statusların sahibi olmuş, çox böyük şairlər, yazıçılar, alimlər, filosoflar və qəhrəmanlar yetişdirmiş məkan kimi yaddaşlarda qalan Gəncə, həm də milli istiqlalımızın təntənəsinə, xalqımızın azadlıq və müstəqillik ruhunun yüksəlişinə misilsiz töhfələr vermişdir. Gəncədə tarixən mövcud olan kreativ atmosfer Azərbaycan intellektual elitasının ərsəyə gələməsinə olduqca güclü təkan vermiş, intellektual-mədəni dəyərlərimizi və əvvəlki nəsillərdən miras qalmış ənənələrimizi ali kürsüyə qaldırmış şəxsiyyətlər yetişdirmişdir. Bu gün suveren Azərbaycanın “2-ci böyük şəhəri” statusuna sahib olan Gəncə xalqımızın və milli dövlətimizin sosial-iqtisadi, ictimai-siyasi və ruhani-mədəni həyatında çox mühüm rol oynayır. Təqdim olunan məqalədə, məhz Gəncə şəhərinin Azərbaycan xalıqının dövlətçilik tarixində oynadığı böyük roldan bəhs olunur, onun milli tariximizə bəxş etdiyi şanlı salnamə təhlil edilir və qiymətləndirilir.
Açar sözlər: Azərbaycan, Gəncə, tarix, milli istiqlal, milli dövlətçilik, qəhrəman şəhər.