ELVİN TALIŞINSKİ
Azərbaycan Universiteti
Siyasi və ictimai elmlər kafedrasının müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
İNFORMASİYA–PSİXOLOJİ MÜHARİBƏNİN APARILMASININ
METOD VƏ VASİTƏLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/109/97-101
İnformasiya-psixoloji müharibə, müasir dövrdə fərdlərin və cəmiyyətlərin düşüncə və davranışlarının nəzarət altına alınmasında, yönləndirilməsində mühüm təsirə malikdir. İnsanların manipulyasiya edilərək müəyyən düşüncələr istiqamətində yönləndirilməsi, üzərində araşdırma aparılması vacib bir mövzuya çevrilmişdir. İnformasiya-psixoloji müharibə çərçivəsində istifadə olunan müxtəlif təbliğat texnikaları, cəmiyyətləri və kütlələri nəzarət altında saxlamaq və istənilən istiqamətdə yönləndirmək baxımından olduqca əhəmiyyətlidir. Bu cür strateji müharibə zamanı dövlət tərəfindən alınacaq tədbirlər, insanların təhlükəsiz şəkildə həyatlarını davam etdirməsi baxımından böyük önəm daşıyır. İnformasiya-psixoloji müharibə nəticəsində cəmiyyətlər manipulyasiya edilərək yönləndirilir və nəticədə bir dövlətin və ya cəmiyyətin parçalanmasına gətirib çıxarır. Bu baxımdan, dövlətlər bu sahədə ciddi tədbirlər görməli və cəmiyyətin strukturlarını bu cür hücumlardan qorumağa çalışmalıdır.
Açar sözlər: İnformasiya-psixoloji müharibə, təbliğat, manipulyasiya, dövlət, cəmiyyət.