HÜSEYN HÜSEYNLİ
Bakı Dövlət Universiteti, Avropa və Amerika ölkələrinin
yeni və müasir tarixi kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru
ORCİD İD: 0000-0001-7954-0381
TÜRKİYƏNİN CƏNUBİ QAFQAZ SİYASƏTİNDƏ
RUSİYA AMİLİ (2013-2016-CI İLLƏR)
DOI: https://doi.org/10.36719/2708-065X/109/79-84
Məqalədə 2013-2016-cı illərdə Türkiyənin Cənubi Qafqaz siyasətində Rusiya ilə münasibətlər, xüsusilə siyasi və diplomatik proseslər araşdırılır. Burada 2014-cü il ərzində baş verən hadisələr, o cümlədən Dağlıq Qarabağda baş verən toqquşmalar, Rusiya və Türkiyə əlaqələrində Gürcüstanın mövqeyi, eləcə də Türkiyənin Cənubi Qafqazda “yeni coğrafiya” yanaşması, Rusiya ilə münasibətlərdəki gərginlik, həmçinin Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması və bunun Türkiyənin siyasətinə təsiri geniş təhlil edilib. Məqalədə həmçinin, Türkiyə və Gürcüstan arasındakı əlaqələr, xüsusən də regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri işıqlandırılır. Bütün bu amillər, Türkiyənin Cənubi Qafqazda yeni bir siyasi xətt formalaşdırmasına və Rusiya ilə əlaqələrini balanslaşdırmasına gətirib çıxarır.
Açar sözlər: Türkiyə, Rusiya, Cənubi Qafqaz, Azərbaycan, Gürcüstan, Ermənistan.