LƏMAN ƏLİYEVA
Bakı Dövlət Universitetinin doktorantı
https://orcid.org/0009-0003-3249-5546
BİRİNCİ DÜNYA MÜHARİBƏSİ ƏRƏFƏSİNDƏ ALMANİYANIN
BAĞDAD KONSESSİYASINI ƏLDƏ ETMƏSİ VƏ BERLİN-BAĞDAD DƏMİRYOLU
LAYİHƏSİNƏ BÖYÜK DÖVLƏTLƏRİN MÜNASİBƏTİ
DOI: https://doi.org/10.36719/2708-065X/109/66-71
XIX əsrin sonlarında zəifləmiş Osmanlı imperiyası ilə yenicə yaranmış Alman imperiyası arasında dostluq münasibəti quruldu. Tədricən bu münasibət Birinci Dünya Müharibəsi ərəfəsində müttəfiqliyə çevirildi. Bu dövrdə Osmanlı əvvəlki gücünü bərpa etmək, öz torpaqlarında hakimiyyəti möhkəmləndirmək və xarici müdaxilələrin qarşısını almaq məqsədi ilə dəmiryollarının çəkilməsi məsələsinə diqqət ayırmağa başladı. Maddi sıxıntılar səbəbi ilə dəmiryollarının çəkilməsi konsessiyalar verilməsi yolu ilə həyata keçirilməli idi. Olduqca əhəmiyyətli sayılan Bağdad dəmiryolu konsessiyasının Almanlara verilməsi beynəlxalq arenada narazılığa, narahatlığa səbəb oldu. Dövrün böyük gücləri, o cümlədən İngiltərə, Fransa və Rusiya bu məsələyə öz mənafeləro çərçivəsindən yanaşırdı. Almanların Bağdad konsessiyasından Berlin-Bağdad dəmiryolu layihəsini reallaşdırmaq və Fars körfəzinə çıxış əldə ermək üçün istifadə etməsi Dünya müharibəsi ərəfəsində vəziyyəti daha da gərginləşdirdi.
Açar sözlər: Berlin-Bağdad dəmiryolu, konsessiya, II Vilhelm, II Əbdülhəmid.