VƏFA ƏLİYEVA

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu

“Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi” şöbəsinin dissertantı

vfa.aliyeva85@mail.ru

 

AĞABALA QULİYEVİN BAKI UNÜYÜTMƏ SƏNAYESİNDƏ FƏALİYYƏTİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/109/59-65

 

Məqalədə XIX əsrin sonu-XX əsrin əvvəllərində Bakı şəhərində unüyütmə və çəltiktəmizləmə sənayesinin inkişafı kontekstində azərbaycanlı sahibkar Ağabala Quliyevin fəaliyyəti hərtərəfli şəkil­də təhlil olunur. Tədqiqat arxiv sənədləri və dövrün statistik mənbələrinə əsaslanaraq Quliyevin sa­hibkarlıq strategiyalarını və onun sənayedə apardığı modernləşdirmə işlərini əhatə edir. 1896-cı ildə ilk buxarla işləyən dəyirmanı əldə edən Ağabala Quliyev, onu Almaniyadan gətirdiyi avadanlıqlarla təchiz edərək Bakının ən iri qida sənayesi müəssisələrindən birinə çevirmişdir. O, həmçinin də iş re­jimlərini nizamlayan daxili qaydalar tətbiq etməklə əmək təşkilatçılığı sahəsində də nümunəvi model yaratmışdır. Sahibkarın müəssisələrində illik məhsuldarlıq sürətlə artmış, işçi sayı 120 nəfərə qədər yüksəlmiş və müəssisə modern sənaye göstəricilərinə cavab verən səviyyəyə çatmışdır. Qeyd edək ki, bu dövrdə milli kapitalın mövqeyi getdikcə güclənir və A.Quliyev həmin yüksəlişin aparıcı fiqurların­dan birinə çevrilir. Onun səyləri nəticəsində 1915-ci ildə müəssisələrinin səhmdar cəmiyyətə çevril­məsi milli sahibkarlığın strukturlaşmasında mühüm mərhələ sayılır. Məqalədə həmçinin Quliyevin işgüzar olması, islahahatçı və təşəbbüskar mövqeyi vurğulanır, onun rus, yəhudi və alman mənşəli iri kapital sahibləri ilə rəqabətə qabilliyi  diqqətə çatdırılır. Nəzərə alsaq ki, I Dünya müharibəsi il­lərində belə, istehsal gücünü qorumağı bacaran A.Quliyev yalnız iqtisadi deyil, həm də sosial və mə­dəni baxımdan mühüm bir fiqura çevrilmişdir. Təqdim olunan məqalə bəhs olunan dövrdə sənaye tariximizin bəzi az öyrənilmiş səhifələrinə və sənayeləşmə proseslərində A.Quliyevin verdiyi töhfələrə aydınlıq gətirir.

Açar sözlər: Ağabala Quliyev, Azərbaycan sahibkarlığı, Bakı unüyütmə sənayesi, çəltiktəmiz­ləmə müəssisələri, dəyirmanlar.



YÜKLƏ [255.36 Kb]
Baxış: 8
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]