ƏLİ BABAZADƏ

Bakı Dövlət Universiteti,

Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının doktorantı

ORCID: 0009-0007-6072-8780

[email protected]

 

İRƏVAN XANLIĞI VƏ

RUS İŞĞALI DÖVRÜNDƏ İRƏVAN BÖLGƏSİNİN ETNİK-DİNİ TƏRKİBİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/109/48-52

 

Bəhs olunan məqalədə İrəvan xanlığı və rus işğalı dövründə İrəvan bölgəsinin etnik-dini tərki­bi araşdırılmışdır. Araşdırmalar gösrtərir ki, İrəvan bölgəsi Azərbaycanın qədim tarixi bölgələrindən biri olmuşdur. XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin müt­ləq əksəriyyəti Azərbaycan türkləri idi. Bunu istər Azərbaycan Səfəvilər dövrü, istər Osmanlı işğalla­rından sonra tərtib edilmiş müfəssəl dəftərlər, eləcə də xanlıq dövrünün və Rusiya işğalı dövrünün mənbələri aydın şəkildə sübut edir. Mənbələr həm də onu aydın şəkildə göstərir ki, Rusiya işğalının gedişində türk-müsəlman əhalisi məcburiyyət ucbatından bölgəni tərk etməyə məcbur qalsa da, İrə­van xanlığının əhalisinin 78%-ni tatarlar (Azərbaycanlılar-Ə.B) təşkil etmişdir. İşğal dövrü və işğal­dan sonrakı ilk illərdə bölgəyə çoxsaylı erməni əhali köçürülsə də, bu nisbət 20%-dən yuxarı olma­mışdır.

Açar sözlər: Azərbaycan, İrəvan, xanlıq, əhali, etnik-dini tərkib, işğal.

 



YÜKLƏ [228.42 Kb]
Baxış: 8
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]