SAMUDƏ İSKƏNDƏROVA

tarix üzrə fəlsəfə doktoru

Bakı Dövlət Universitetinin müəllimi

[email protected]

 

XIX ƏSRİN II YARISINDA FRANSANIN ASİYA VƏ AFRİKADA

MÜSTƏMLƏKƏ İŞĞALLARININ GENİŞLƏNMƏSİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/109/40-47

 

XIX əsrin 70-90-cı illərində Fransada maliyyə kapitalının inkişafı onun müstəmləkəçilik siyasə­tinin güclənməsinə səbəb oldu. Müstəmləkələr Fransa kapitalının tətbiq sahəsinə çevrildi. Fransa dün­yanın bölünməsini başa çatdırmaq üçün ən böyük kapitalist dövlətlərin mübarizəsində fəal iştirak etdi. 1895-ci ildə Fransa Madaqaskar adasını ələ keçirdi, 1896-cı ildə müstəmləkə elan etdi. XIX əsrin 80-90-cı illərində Afrikanın dərinliklərinə doğru irəliləyən müstəmləkəçilər Konqo, Niger, Ubangi, Çad gölü yaxınlığındakı Şəri çaylarının hövzələrində geniş əraziləri ələ keçirdilər, Şərqi Sudana, Nil çayı­nın yuxarılarına doğru irəliləməyə başladılar. Fransızların Afrika və Asiyada işğal planları ingilis müstəmləkəçilərinin müqaviməti ilə qarşılaşdı. Tropik Afrikanın bölünməsi haqqında 1899-cu il İngil­tərə-Fransa müqaviləsinə əsasən, Fransa Konqo və Nil su hövzəsindən bir sıra ərazilər aldı. Şimali Afrika, Qərbi Sudan və Konqo çayı hövzəsindəki geniş ərazilər Fransanın müstəmləkəçiliyi altına keçdi.

Açar sözlər: Müstəmləkə, İmperiya, Monarxiya, Afrika, Madaqaskar.



YÜKLƏ [222.58 Kb]
Baxış: 12
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]