MUSA RƏHİMOĞLU-QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və
Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi,tarix üzrə fəlsəfə doktoru
ZAQAFQAZİYA NƏCİB QIZLAR İNSTİTUTUNDA
İLK TƏHSİL ALANLARDAN BİRİ – LALABƏYİM KƏNGƏRLİ-
NAXÇIVANCKAYA-MAKİNSKAYA HAQQINDA BƏZİ QEYDLƏR
DOI: https://doi.org/10.36719/2708-065X/109/34-39
Məqalədə məşhur sərkərdə I Ehsan xan Kəngərli-Naxçıvanskinin sonbeşik qızı Lalabəyimdən, onun uşaqkən kədərli taleyindən və XIX əsrin ortalarında Tiflisdə Zaqafqaziya Nəcib Qızlar İnstitutunda təhsil almasından danışılır. Məqalədə I Ehsan xanın hərbçi oğlanları İsmayıl xanın və II Kalbalı xanın bacılarının ali təhsil alması üçün apardıqları gərgin mübarizədən də söhbət açılmışdır. Məqalə yeni tapılan arxiv sənədləri əsasında yazılmışdır.
Açar sözlər: Naxçıvan, Kəngərli tayfası, Lalabəyim, qəyyum, İrzaqulu xan, Nəzərəli xan, Zaqafqaziya Nəcib Qızlar İnstitutu, Hacı Şükür Makinski.