GÜLSÜM TAĞIZADƏ

Qərbi Kaspi Universitetinin magistrantı

[email protected]

 

NADİR ŞAHIN ORDUSU:

XVIII ƏSRİN ƏN GÜCLÜ HƏRBİ QÜVVƏSİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/109/28-33

 

XVIII əsrin ən parlaq və güclü hərbi liderlərindən biri olan Nadir şah Əfşar (1688-1747) güclü iradəsi ilə bütün dünyaya meydan oxuya bilən böyük bir ordu yaratmağa nail olaraq tarixə adını yaz­dıran böyük şəxsiyyətlərdən biridir. Nadir şah Əfşarın hərbi fəaliyyəti Baba Əli Bəyin xidmətində ol­duğu zaman başlamışdır. Səfəvilər dövlətinin zəiflədiyi bir zamanda Nadir xan Əfşar hərbi bacarığı sayəsində xarici düşmənlərə qarşı mübarizə aparmaq məqsədilə qüdrətli bir ordu qura bildi. Hakimiy­yəti də tam olaraq ələ keçirən Nadir Əfşarlar nəslinin hökümdarı olaraq müasiri olduğu dövrün hərbi taktika və strategiyalarını yaxşı mənimsəmiş, ordusunu zamanın ən təsirli və güclü hərbi qüvvələrindən birinə çevirə bilmişdi. Onun İraqda, Mərkəzi Asiyada, Qafqazda və Hindistanda apardığı hərbi müha­ribələr hərbi dahiliyini sübut etmək üçün əla imkanlar yaratmışdır. Nadir şah Əfşarın hərbi taktika­sının uğurla nəticələnməsinin səbəbi ərazi kəşfiyyatı, döyüş zamanı qoşunların nizamlı manevrləri, uğurlu taktikalardan istifadə etməsi, lazımlı qüvvələrin strateji olaraq düzgün mövqeyi idi. Məqalə­mizdə son dövrün araşdırma əsərlərinə də müraciət edərək, analiz və təhlil və müqayisə metodlarından istifadə edilərək Nadir şahın ordusunun strukturu, döyüş taktikaları və müharibə strategiyası ətraflı şəkildə tədqiq edilmişdir.

Açar sözlər: Nadir şah Əfşar, Ordu, Hərbi strategiya, Liderlik.



YÜKLƏ [228.71 Kb]
Baxış: 10
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]