NURLAN NƏSİROV

Xəzər Universiteti Tarix və Arxeologiya Departamentinin müəllimi,

Bakı Dövlət Universitetinin elmlər doktoru proqramı üzrə doktorantı

[email protected] 

 

İLXANLILAR DÖVLƏTİNİN DİNİ SİYASƏTİ

(İNGİLİSDİLLİ TARİXŞÜNASLIQ ƏSASINDA)

 

DOI: https://doi.org/10.36719/2708-065X/109/14-22

 

Moğol işğalları nəticəsində Mərkəzi Azərbaycanda yaranmış İlxanlılar (Hülakülər) dövlətinin sosial-iqtisadi və siyasi tarixi tarixşünaslığımızda müxtəlif aspektlər üzrə tədqiqata cəlb edilmişdir. Lakin bu dövlətin həyata keçirdiyi dini siyasət, xüsusilə də onun uzunmüddətli təsirləri demək olar ki, zəif araşdırılmışdır. Bu boşluğun yaranmasının başlıca səbəbi Sovet dövründə hökm sürən ideoloji məhdudiyyətlər və tarix metodologiyası ilə bağlı olmuşdur. Məqalədə məqsəd İlxanlılar dövlətinin ək­sər hökmdarlarının dini siyasətini dövrün əsas qaynaqları və müasir ingilisdilli tarixşünaslıq konteks­tində təhlil etməkdir. Tədqiqat zamanı müqayisəli tarix metodundan istifadə edilmiş və mövzu ilə bağlı mövcud nəzəri yanaşmalar təhlil olunmuşdur.

Açar sözlər: İlxanlılar, dini siyasət, Moğol dövləti, Azərbaycan, tarixşünaslıq, ingilisdilli tədqi­qatlar.



YÜKLƏ [284.69 Kb]
Baxış: 19
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]