QABİL ƏLİYEV

tarix elmləri doktoru, professor

Bakı Dövlət Universiteti,

Azərbaycan Universiteti,

https://orcid.id/0000-0002-2372-5907

qabilalioglu1956@gmail.com

 

GÜCLÜ HAKİMİYYƏT GÜCLÜ DÖVLƏTÇİLİYİN ƏSAS ŞƏRTİDİR

 

DOI: https://doi.org/10.36719/2708-065X/110/9-15

 

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqın­da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncam Azərbaycanın dövlətçilik tarixində çox mühüm əhəmiyyətə malik olan iki önəmli hadisə - Azərbaycan Respublikası Konstitusiya­nın qəbul edilməsinin 30 illiyi və dövlət suverenliyinin bərpasının 5-ci ildönümü ilə bilavasitə bağlıdır. Təqdim edilmiş məqalədə bu sərəncamın gənc nəsil tərəfindən milli suverenliyimizin və hüquqi dəyərlərimizin əhəmiyyətinin yetərincə anlaşılması və bütövlükdə bu dəyərlərin təbliği baxımından vaxtında atılmış önəmli bir addım kimi şərh edilmişdir. 2025-ci il ərzində bu qərardan irəli gələn və­zifələrin müxtəlif dövlət strukturları tərəfindən icra edilməsinin, həyata keçirilən genişmiqyaslı islahatların geniş xalq kütlələrinə çatdırılmasının, mətbuatda və elektron informasiya vasitələrində analitik təhlillər aparılmasının Azərbaycan Respublikasının hüquqi dövlət quruculuğu yolunda irəli­ləməsinə əlverişli zəmin yaradacağına inam ifadə edilmişdir.

Açar sözlər: Konstitusiya, dövlətçilik, suverenlik, hakimiyyət, prezident, hüquqi sistem, milli dəyərlər.



YÜKLƏ [238.16 Kb]
Baxış: 24
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]