ŞƏBNƏM RÜSTƏMOVA
AMEA A.A.Bakıxanov adına Tarix və
Etnologiya İnstitutunun doktorantı
QƏRBİ AZƏRBAYCANIN NÜVƏDİ KƏNDİ TARİXİ QAYNAQLARDA
DOI: https://doi.org/10.36719/2708-065X/110/305-311
Qərbi Azərbaycanın ruhən ayrılmaz, zorla qoparılmış bir parçası olan Zəngəzur qəzasının qərb hissəsi qanunsuz olaraq 1921-ci ildə Ermənistana birləşdirdilmişdir. Zəngəzur qəzası Ermənistan SSR-ə verildikdən sonra Nüvədi kəndi inzibati ərazi vahidi kimi Azərbaycan SSR-in Zəngilan rayonunun tərkibində qalmışdır. Kəndin Ermənistan SSR-ə verilməsi barədə qərar 1929-cu ildə qəbul edilsə də, bu məsələ yalnız 1969-cu ildə Azərbaycan SSR tərəfindən rəsmən təsdiqlənmişdir. Arxiv sənədləri sübut edir ki, rayonun ən qədim yaşayış məntəqələrindən biri olan Nüvədi kəndi tarixən azərbaycanlıların məskunlaşdığı ərazi olmuşdur. Təqdim edilən məqalədə müxtəlif yazılı qaynaqlar və zəngin ədəbiyyat əsasında Zəngəzur torpağının Meğri bölgəsinin qədim Nüvədi kəndinin tarixindən bəhs olunur.
Açar sözlər: Qərbi Azərbaycan torpaqları, Zəngəzur qəzası, Meğri bölgəsi, Nüvədi kəndi, Osmanlı dəftəri, kameral siyahıyaalınma.
