SEVİNC ZEYNALOVA

Bakı Dövlət Universiteti

Qədim dünya və orta əsrlər tarixi kafedrasının baş müəllimi

[email protected]

 

AZƏRBAYCAN AĞQOYUNLU DÖVLƏTİNİN MİLLİ MƏNSUBİYYƏT MƏSƏLƏSİNİN

RUS (SOVET) TARİXŞÜNASLIĞINDA ÖYRƏNİLMƏSİNƏ DAİR

 

DOI: https://doi.org/10.36719/2708-065X/110/300-304

 

Məqalədə Ağqoyunlu dövlətinin milli mənsubiyyəti məsələsinə rus (sovet) tarixşünaslığında mövcud yanaşma tədqiq olunur. Araşdırma göstərir ki, sovet tarixşünaslığı Ağqoyunluların türk mən­şəli tayfa olduğunu qəbul etməsinə baxmayaraq, bu bağlılığı bir sıra hallarda ideoloji yanaşmalarla ya zəiflətmiş, ya da yönünü dəyişdirmişdir. Xüsusilə XX əsrin ortalarına qədər olan dövrün sovet alim­lərinin əsərlərində Ağqoyunluların siyasi və mədəni tarixi milli kontekstindən çıxarılaraq, qeyri-milli kateqoriyalarda təqdim etmək cəhdləri müşahidə olunur.

Tədqiqatda rus (sovet) alimlərinin fikirləri təhlil edilərək göstərilir ki, bu tarixçilər Ağqoyunlu­ların tarixi rolunu etiraf etsələr də, onların Azərbaycan tarixi və etnik kimliyi ilə üzvi bağlılığını ya nəzərə almamış, ya da ikincil mövqedə təqdim etmişlər. Bu yanaşmalar, əsasən sovet ideoloji doktri­nasının təsiri ilə formalaşmış və imperiya daxilində milli özünüdərkin qarşısını almağa yönəlmişdir.

Açar sözlər: sovet tarixşünaslığı, Ağqoyunlu, Azərbaycan dövlətçiliyi, milli mənsubiyyət.



YÜKLƏ [199.27 Kb]
Baxış: 4
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]