VÜSALƏ ƏLİYAROVA
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun
“Orta və Son dövrü arxeologiyası ” şöbəsinin elmi işçisi
BORSUNLU VƏ SARIÇOBAN KURQANINDAN TAPILMIŞ
NİZƏ UCLUQLARI HAQQINDA
DOI: https://doi.org/10.36719/2708-065X/110/284-287
Azərbaycanın hər baxımdan qədim bölgələrindən olan Qarabağ hər addımbaşı tarixi keçmişin bu və ya digər mərhələsi ilə bağlı abidələrlə zəngindir. Qarabağın maddi-mədəniyyət abidələrinin öyrənilməsinə XIX əsrin ikinci yarısından başlanılmışdır. İlk tədqiqatlar əcnəbi səyyah və tədqiqatçılara məxsus olsa da, daha sonralar yerli alimlərimiz Qarabağda çox saylı qazıntılar aparmış , tariximiz haqqında dəyərli məlumatlar əldə etmişlər. Qarabağda silsilə qazıntılar aparan görkəmli alimimiz Hidayət Cəfərovun kurqanlardan taptığı zəngin artefaktlar həmin dövr üçün təsəvvürlərimizi formalaşdırmağa çox böyük kömək olmuşdur. Bu məqalədə də Qarabağ ərazisindəki məşhur Borsunlu və Sarıçoban kurqanlarından tapılan tunc nizə ucluqları haqqında məlumat veriləcəkdir.
Açar sözlər: Qarabağ, arxeologiya, kurqan, artefakt, nizə ucluqları.
