ELVİN TALIŞINSKİ

Azərbaycan Universiteti Siyasi və ictimai

elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

[email protected]

 

ŞÜURUN MANİPULYASİYASI İNFORMASİYA MÜHARİBƏSİNİN

PSİXOLOJİ SİLAHI KİMİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/110/252-256

 

Məqalədə ictimai şüurun manipulyasiyası fenomeni informasiya-kommunikasiya texnologiyala­rının inkişafı və onların siyasi sistemə təsiri kontekstində araşdırılır. Qeyd olunur ki, internet, kütləvi informasiya vasitələri və mobil rabitənin inkişafı nəticəsində yaranan informasiya axınının sürətlə artması insanların emosiyalarına, iradəsinə və sosial davranışlarına gizli təsir üçün əlverişli şərait yaradır. “Manipulasiya” anlayışının leksik-semantik və tarixi təhlili verilmiş, manipulyasiya, inan­dırma, təklif və təsir arasındakı fərqlər aşkar edilmişdir. G.Le Bon, J. Ortega y Gasset, A.Gramsci, G.Lassuell, eləcə də H.Franke, G.Schiller və T. van Dijkin tədqiqatlarında təqdim olunan manipul­yasiyanın öyrənilməsinə elmi yanaşmalara xüsusi diqqət yetirilir. Manipulyasiyanın həm mənfi, həm də konstruktiv aspektləri, o cümlədən A.Jivaleviç tərəfindən “müsbət manipulyasiya” anlayışı müəy­yən edilir.

Açar sözlər: manipulyasiya, ictimai şüur, informasiya və kommunikasiya texnologiyaları, təsir, müsbət manipulyasiya.



YÜKLƏ [216.68 Kb]
Baxış: 14
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]