MƏMMƏDAĞA BAXIŞOV
Bakı Dövlət Universiteti
Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti
mammadaqabaxı[email protected]
AVROPA İTTİFAQI XXI ƏSRİN İKİNCİ ONİLLİYİNDƏ:
İNTEQRASİYANIN PROBLEMLƏRİ
Məqalə XXI əsrin birinci rübündə, xüsusilə onun ikinci onilliyində dünyanın aparıcı beynəlxalq təşkilatlarından biri olan Avropa İttifaqının fəaliyyətinə və onun başçılıq etdiyi Avropa inteqrasiyasının inkişafına həsr edilmişdir. Məqalədə diqqət yetirilən əsas məsələlərdən biri öyrənilən dövrdə Avropa inteqrasiyasına təsir göstərən mühüm problemlərdir. Ona görə müəllif məqalədə həm də qeyd edilən problemləri həll edib Avropa inteqrasiyasını onların təsirindən xilas etməyə çalışan Avropa İttifaqının fəaliyyətindən bəhs edir.
Açar sözlər: beynəlxalq təşkilat, inteqrasiya, Avropa İttifaqı, borc böhranı, mühacir axını, büdcə kəsiri.