CAVİD SƏMƏDOV
Azərbaycan Dillər Universitetinin doktoranatı
https://orcid.org/0009-0004-9356-5621
İQTİSADİ SANSKİYALARIN İRANIN BEYNƏLXALQ MÖVQEYİNƏ TƏSİRİ
DOI: https://doi.org/10.36719/2708-065X/110/239-243
Məqalədə iqtisadi sanksiyaların İranın beynəlxalq mövqeyinə təsiri əhatəli şəkildə təhlil olunur. Araşdırmada göstərilir ki, tətbiq edilən sanksiyalar ölkənin iqtisadi potensialını zəiflətsə də siyasi rejimin davamlılığını tamamilə sarsıda bilməmişdir. Əksinə bəzi hallarda xarici təzyiqlər daxili birliyi gücləndirmiş və hakimiyyətin legitimliyinə əlavə dayaq yaratmışdır. Məqalədə həmçinin qeyd olunur ki, iqtisadi təzyiqlərin regional siyasətə təsiri ziddiyyətli nəticələr doğurmuş bir tərəfdən qonşularla münasibətləri zəiflətmiş digər tərəfdən isə qeyri rəsmi əməkdaşlıq kanallarını təşviq etmişdir. Nəticə etibarilə İran nümunəsi göstərir ki, iqtisadi sanksiyalar birmənalı siyasi nəticələr doğurmur onların təsiri həm zəiflədici həm də gücləndirici elementləri ehtiva edir.
Açar sözlər: İqtisadi sanksiyalar, İran, xarici siyasət, siyasi legitimlik, JCPOA.
