ELGÜN İBRAHİMZADƏ
Qərbi Kaspi Universitetinin doktorantı
Orcid: 0009-0001-2881-4757
MÜASİR TƏHLÜKƏSİZLİK TƏHDİDLƏRİ VƏ
PREZİDENTLİK İNSTİTUTUNUN ROLU: AZƏRBAYCAN ÖRNƏYİNDƏ
DOI: https://doi.org/10.36719/2708-065X/110/231-238
Müasir beynəlxalq sistemdə təhlükəsizlik təhdidləri ənənəvi hərbi risklərdən çoxölçülü risklərə transformasiyaya uğramışdır. Geosiyasi dəyişikliklər, iqtisadi asılılıq, texnoloji inkişaf və transsərhəd çağırışlar təhlükəsizlik mühitini dəyişdirərək adaptiv idarəetmə və çevik qərarqəbuletmə mexanizmlərini zəruri etmişdir. Bu kontekstdə prezidentlik institutu milli təhlükəsizlik siyasətinin formalaşdırılmasında həlledici əhəmiyyət kəsb edir. Məqalə müasir təhlükəsizlik təhdidləri ilə prezidentlik institutunun qarşılıqlı əlaqəsini Azərbaycan nümunəsində təhlil edir. Araşdırma, xüsusilə 2020-ci il Vətən müharibəsindən sonrakı mərhələdə mərkəzləşdirilmiş icra hakimiyyətinin böhranlara reaksiyasını və təhlükəsizlik siyasətində konsensus elementlərinin rolunu nəzəri və praktiki aspektlərdən qiymətləndirir. Azərbaycanın strateji mövqeyi, enerji resursları və regional dinamika prezidentlik liderliyinin təhlükəsizlik idarəçiliyindəki funksiyasını öyrənmək üçün mühüm zəmin yaradır. Məqalə konstitusiya islahatlarının, institusional inkişafın və prezidentlik sistemində qəbul edilən strateji qərarların təhlükəsizlik arxitekturasına təsirini, həmçinin hərbi, enerji, kiber və diplomatik müstəvilərdə prezidentlik institutunun rolunu hərtərəfli şəkildə araşdırır.
Açar sözlər: Prezidentlik institutu, Milli təhlükəsizlik, Müasir təhlükəsizlik təhdidləri, Dövlət idarəetməsi, Regional sabitlik, Geosiyasi dinamika, Təhlükəsizlik siyasəti, Konstitusiya islahatları, Strateji qərarvermə.
