SƏKİNƏ BABAZADƏ
Bakı Dövlət Universtinin
Beynəlxalq münasibətlər kafedrasının doktorantı
HEYƏTİ TƏHRIR ƏŞ-ŞAM QRUPLAŞMASININ FƏALİYYƏTİ
NƏTİCƏSİNDƏ HAKİMİYYƏTDƏN UZAQLAŞDIRILAN
SONUNCU DİKTATOR- BƏŞƏR ƏSƏD
DOI: https://doi.org/10.36719/2708-065X/110/211-217
Beynəlxalq münasibətlərdə mühüm strateji əhəmiyyətə malik olan Yaxın Şərq regionu uzun illərdir ki, böyük dövlərin maraqlarının toqquşduğu əsas platformaların birinə çevrilmişdi. 2011-ci ildə regionda baş verən və “Ərəb baharı” kimi tanınan xalq hərəkatları bir sıra ərəb ölkələrində ciddi siyasi dəyişikliklərə səbəb oldu. Bu proses çərçivəsində Suriyada hökümət genişmiqyaslı etiraz aksiyaları ilə üzləşdi. Digər ərəb ölkələrində etirazların nəticəsi olaraq hakimiyyət dəyişikliyi baş verdi, lakin Suriyada isə əksinə, 2025-ci ilin əvvəllərinə qədər Bəşər Əsəd uzun müddət öz hakimiyyətini qoruyub saxladı. 13 ildən artıqdır davam edən vətəndaş müharibəsi uğraması ilə nəticələndi və Heyəti Təhrir əş-Şamın lideri Colani indiki adla Əhmət Şaraanın paytaxtda qələbə çalması ilə Bəşər Əsədin 24 illik davam edən rejiminin süquta uğradı.
Bu məqalədə Ərəb baharının Suriyaya təsiri, cəmiyyətə və ölkənin siyasi strukturuna təsirini, vətəndaş müharibəsininin yaranma səbəbləri, Bəşər Əsədin hakimiyyəti dövründə fəaliyyət göstərən qeyri-dövlət aktorları ilə mübarizə (daxili qüvvələr) və bu qeyri aktorlarının dəstəkləyən xarici qüvvələrlə mübarizəsi, həmçinin Əsədin diktator obrazı çərçivəsində hakimiyyətini necə qoruduğu barəsində araşdırılma aparılıb. Qeyri-dövlət aktorlarının hakimiyyət uğrunda mübarizəsi, xüsusilə region və qərb dövlətlərindən maliyyə dəstəyilə yaradılmış bu qruplaşmalar (İŞİD, YPG) nəyinki Suriyada, həmçinin bir sıra ölkələrdə belə fəaliyyət göstərməsi Yaxın Şərq regionuna ciddi təsir göstərmişdir. Eyni zamanda Suriya vətəndaş müharibəsinin nəticələri, Heyəti Təhrir Əş-Şamın Əsəd üzərində qalib gəlməsi və beynəlxalq münasibətlərə təsiri analiz olunmuşdur.
Açar sözlər: qeyri-dövlət aktorları, Bəşər Əsəd, diktator rejimi, beynəlxalq müdaxilə, vətəndaş müharibəsi.
