ZEYNAB KAZIMOVA
Bakı Slavyan Universitetinin dissertantı
AZƏRBAYCANIN TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATINDA FƏALİYYƏTİNİN GENİŞLƏNMƏSİNƏ FRANSA MEDİASININ YANAŞMASI
DOI: https://doi.org/10.36719/2708-065X/110/207-210
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə də daxil olmaqla təsisçi üzv dövlətlər tərəfindən 2009-cu ildə yaradılmış Türk Dövlətləri Təşkilatı (TDT) 4,5 milyon kvadrat kilometr ərazidə təxminən 300 milyon insanı təmsil edir və beləliklə, 2 trilyon dollarlıq təxmin edilən iqtisadi potensiala malik regional və qlobal oyunçu kimi ortaya çıxır. Təşkilata 2019-cu ildə Özbəkistan qoşulmuş, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası da müşahidəçi statusu almışdır. 2011-ci ildən bəri üzv ölkələrin liderləri keçmiş fəaliyyətləri qiymətləndirmək və növbəti il üçün hədəfləri müəyyən etmək üçün hər il bir araya gəlirlər.
TDT siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq rolundan əlavə, müxtəlif mədəniyyət qurumları üçün çətir təşkilatı rolunu oynayır. Bunlara Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Nur-Sultanda Beynəlxalq Türk Akademiyası, Bakıda Türk Mədəniyyəti və İrsi Fondu, Bişkekdə Köçəri Sivilizasiyalar Mərkəzi, İstanbulda Türkdilli İşlər üzrə Şura daxildir.
Bu məqalədə Azərbaycanın TDT-dakı rolu, bu istiqamətdə geosiyasi və mədəni aspektlər, eləcə də Fransa mediasının bu proseslərə dair informativ və siyasi yanaşmaları təhlil olunur. Məqalə TDT çərçivəsində Azərbaycanın artan nüfuzu fonunda Fransa mətbuatında müşahidə olunan qərəzli diskursu araşdırır və informasiya mübarizəsi kontekstində strateji təkliflər təqdim edir.
Açar sözlər: Azərbaycan, Türk Dövlətləri Təşkilatı, TDT, Fransa mediası, media.
