MAHİR QƏRİBOV

tarix üzrə fəlsəfə doktoru,

Bakı Dövlət Universiteti

Milli mətbuat tarixi kafedrasının doktorantı

https://orcid.org/0009-0002-8183-5802

[email protected]

 

ƏHMƏD AĞAOĞLUNUN BİRİNCİ TÜRK TARİX KONQRESİNDƏ İŞTİRAKI

VƏ SİYASİ-İDEOLOJİ DÜŞÜNCƏLƏRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/110/184-190

 

XX əsrin əvvəllərində mətbuat cəmiyyətin siyasi fikrinin formalaşmasında, onun biliklərinin for­malaşmasında mühüm rol oynamışdır. Jurnalist kimliyi ilə tanınan Əhməd Ağaoğlu siyasi fikirlərini də jurnalist baxışları işığında şərh edərək, Türkiyədə və xüsusilə Ankarada baş verən ictimai-siyasi hadisələri dəyərləndirməyi qarşısına məqsəd qoyur. Ağaoğlunu əvvəlcə Maarif müfəttişi, sonra Süley­maniyə Kitabxanası müdiri vəzifəsinə təyin edən Qazi Mustafa Kamal, Cümhuriyyət hökümətinin Mətbuat Müdiri vəzifəsinindən sonra Ankaranın səsini bütün dünyaya eşitdirən Anadolu Agentliyinin də yenidən qurulmasını Əhməd bəyə tapşırmış, 1924-cü ildə isə Əhməd Ağaoğlu Anadolu ASC-nin İdarə Heyətinin Baş müdiri və İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır. 1932-ci ildə Ankarada keçirilən I Türk Tarixi Konqresi türk millətinin tarixi köklərini və mədəni birliyini vurğulayan mühüm dönüş nöqtəsi oldu. Milli Mübarizənin ən ağrılı dövründə üzərinə götürdüyü məsuliyyəti ən yaxşı şə­kildə yerinə yetirməyə çalışan Əhməd Ağaoğlu bu konqresdə iştirakı ilə türk tarixinə baxışlarını və ideoloji mövqeyini açıq şəkildə ortaya qoymuş, türk cəmiyyətinin qədim hüquq sistemlərinindən bəhs etmiş və xüsusilə ailə hüququnu, Qərb və Hind-Avropa anlayışı ilə müqayisə edərək türk tarixi ilə bağlı fikirlərini, orijinal türk cəmiyyəti anlayışı ilə müqayisə etmişdir. Bu yazıda Ağaoğlunun Konqresdəki rolu və fikri töhfələri millətçilik, modernləşmə və dünyəvilik mövqeyi çərçivəsində təhlil ediləcək. Məqalə Əhməd Ağaoğlunun Birinci Türk Tarixi Konqresində iştirakını və onun ideoloji düşüncələrini akademik aspektdən araşdırmaq məqsədini daşıyır.

Açar sözlər: Əhməd Ağaoğlu, I Türk Tarixi Konqresi, Türk Tarixi Tezi, milliyətçilik, modern­ləşmə, Laiqlik.



YÜKLƏ [244.63 Kb]
Baxış: 9
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]