NAZİM MUSTAFA
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu,
tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0007-0709-5689
İRƏVAN ŞƏHƏRİNDƏN AZƏRBAYCANLILARIN
1948-1953-CÜ İLLƏR DEPORTASİYASI
DOI: https://doi.org/10.36719/2708-065X/110/167-175
Bu məqalədə 1948-1953-cü illərdə İrəvan şəhərindən azərbaycanlıların kütləvi deportasiyası araşdırılır. Ermənilər 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımları törətmiş, İkinci Dünya müharibəsindən sonra isə mərkəzi Sovet hakimiyyətinin köməyi ilə azərbaycanlılar öz tarixi-etnik torpaqlarından deportasiya edilməsinə nail olmuşlar. Paralel olaraq xaricdən ermənilər köçürülüb gətirilərək deportasiyaya məruz qoyulan azərbaycanlıların evlərində məskunlaşdırlmışlar. Təhlillər göstərir ki, 1948-1953-cü illər deportasiyası nəticəsində İrəvan şəhərinin azərbaycanlı əhalisi yarı azalmışdır. Həmçinin bütövlükdə 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlı əhali öz tarixi vətənləri olan Qərbi Azərbaycandan deportasiya edilmişdir.
Açar sözlər: Ermənistan, Qərbi Azərbaycan, azərbaycanlılar, İrəvan, Bakı, Gəncə, deportasiya.
