XATİRƏ MEHDİYEVA

Bakı Dövlət Universitetinin

Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrası, s.e.f.d.

ORCID 0000-0002-5302-0385 

[email protected]

 

AZƏRBAYCANIN GEOSİYASƏTİ:

ENERJİ DİPLOMATİYASINDAN STRATEJİ TƏRƏFDAŞLIQLARA

 

DOI: https://doi.org/10.36719/2708-065X/110/151-160

 

Bu məqalədə Azərbaycanın geosiyasi mövqeyi və enerji diplomatiyasının qarşılıqlı təsiri təhlil edilmişdir. Azərbaycan Avropa və Asiya arasında strateji yerləşməsi və zəngin enerji resursları sayə­sində regional və qlobal enerji bazarında mühüm aktora çevrilmişdir. Enerji siyasəti ölkənin xarici siyasətinin əsas komponenti kimi strateji tərəfdaşlıqların qurulması və möhkəmləndirilməsində həll­edici rol oynayır. Məqalədə Bakı-Tbilisi-Ceyhan, TANAP və digər enerji layihələri, enerji marşrutla­rının şaxələndirilməsi siyasəti, həmçinin “yaşıl enerji” və karbonsuz iqtisadiyyata keçid istiqamətin­də Azərbaycanın təşəbbüsləri vurğulanmışdır. Strateji tərəfdaşlıqlar çərçivəsində Türkiyə, Avropa İttifaqı, ABŞ, İsrail, Birləşmiş Krallıq və Çinlə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq əsas mövzudur. Eyni zamanda, regionda Rusiya və İranla münasibətlərin enerji aspektləri, Ermənistanla sülh prosesləri və Zəngəzur dəhlizinin rolu, Orta Asiya qazının tranziti və Azərbaycanın beynəlxalq enerji bazarında dayanıqlı mövqeyinin qorunması məsələləri araşdırılmışdır. Məqalədə geosiyasi risklər, o cümlədən münaqişə zonaları, enerji təhlükəsizliyi və kiber təhdidlər, eləcə də iqlim dəyişik­liyi və “yaşıl enerji” keçidi kimi çağırışlar da təhlil olunmuşdur. Nəticədə, Azərbaycan enerji diplo­matiyası və geosiyasi strategiyalarının qarşılıqlı əlaqəsi sayəsində Cənubi Qafqazda və Avrasiya mə­kanında güc mərkəzinə çevrilmə potensialına malik olduğu vurğulanır. Bu, ölkənin regional sabitlik­də və qlobal enerji bazarında dayanıqlı rolunun təmin edilməsində əsas amil kimi qiymətləndirilir.

Açar sözlər: geosiyasət, enerji diplomatiyası. strateji tərəfdaşlıqlar, enerji resursları. cənub qaz dəhlizi, yaşıl enerj, regional inteqrasiya, enerji təhlükəsizliy, enerji tranziti, iqlim dəyişikliyi.



YÜKLƏ [259.75 Kb]
Baxış: 14
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]