ELGÜN QƏHRƏMANOV
Bakı Dövlət Universiteti, Erməni Araşdırmaları və Təlim Mərkəzi,
tarix üzrə fəlsəfə doktoru
GÜNAY AŞUROVA
Bakı Dövlət Universiteti,
Dünya Azərbaycanlıları: Tarixi-demoqrafiya ETL-nin elmi işçisi, dissertant
AVROPANIN TƏHLÜKƏSİZLİYİNDƏ TÜRKİYƏNİN YENİ ROLU
DOI: https://doi.org/10.36719/2708-065X/110/145-150
Soyuq müharibə dövründə Avropa təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Türkiyə uzun müddət NATO-nun cənub cinahındakı mövqeyini qoruyub saxladı. Sosializm təhlükəsinə qarşı mübarizədə ideoloji vizyonu və hərbi qüdrəti sayəsində Türkiyə NATO üçün strateji əhəmiyyətli bir dövlət hesab olunurdu. İkinci Dünya Müharibəsindən sonra Avropa təhlükəsizliyinin təşkilində rol oynayan ABŞ Avropa ölkələrinin iqtisadi inkişafı üçün şərait yaratdı. Əslində, ABŞ uzun müddət Avropa üçün "təhlükəsizlik çətiri" kimi çıxış etdi. Bu, Avropa ölkələrini rifah dövlətləri yaratmağa, hərbi xərcləri minimuma endirməyə və sosial xərcləri artırmağa səbəb oldu. ABŞ-ın maliyyə yardımı ilə yenidən qurulan Avropa müdafiə xərclərini azaldıb, infrastrukturunu inkişaf etdirib və sosial-iqtisadi cəmiyyət qurmağa çalışıb. Hazırda Avropa ölkələrini yenidən müdafiələrini düşünməyə məcbur edən hadisə Rusiyanın aqressiv və imperialist istəklərinin yenidən canlanması oldu.
Açar sözlər: Avropa İttifaqı, Rusiya-Ukrayna müharibəsi, təhlükəsizlik məsələləri, NATO, Türkiyə Respublikası.
