ELNUR KƏLBİZADƏ

tarix üzrə fəlsəfə doktoru, dosent

Bakı Slavyan Universiteti

kelbizadeh@gmail.com

 

ELM VƏ TƏHSİL SAHƏSİNDƏ İRAN-ERMƏNİSTAN ƏMƏKDAŞLIĞININ PƏRDƏARXASI MƏQAMLARI VƏ REALLIQLAR

 

DOI: https://doi.org/10.36719/2708-065X/110/134-139

 

Məqalədə 1991-2025-ci illərdə İran və Ermənistan arasında “humanitar və mədəni əməkdaş­lığın” başlıca istiqamətlərindən biri olan elm və təhsil sahəsində əlaqələrin gerçək mahiyyəti tədqiq edilmişdir. Tədqiqatdan aydın olur ki, İran və Ermənistan arasında 1991-ci ildən etibarən elm və təhsil sahəsindəki əməkdaşlıq, formal humanitar əməkdaşlıq pərdəsi altında həyata keçirilsə də, əs­lində hər iki tərəfin regional və geosiyasi məqsədlərinə xidmət etmiş, bu sahədə birgə fəaliyyətlər həm də hər iki dövlətlə kəsişən və toqquşan maraqları olan Azərbaycan Respublikasına qarşı yönəl­mişdir. İran üçün bu əməkdaşlıq Cənubi Qafqazda, xüsusilə Ermənistan vasitəsilə təsir dairəsini ge­nişləndirmək, özünü regionda "sivilizasiya mərkəzi" kimi təqdim etmək və Azərbaycana qarşı alter­nativ tarixi-mədəni narrativlər yaratmaq üçün əlverişli bir vasitə olmuşdur. Ermənistan isə bunu İrandan iqtisadi və informasiya-ideoloji dəstək əldə etmək, öz təbliğatını İran ərazisindəki erməni diasporu vasitəsilə həyata keçirmək imkanı kimi qiymətləndirmişdir.

Açar sözlər: İran, Ermənistan, humanitar əməkdaşlıq, elm, təhsil, geosiyasət, tarixi narrativ.



YÜKLƏ [254.71 Kb]
Baxış: 20
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]