KƏMALƏ RUİNTƏN

Siyasi elmlər üzrə fəlsəfə doktoru,

Bakı Slavyan Universitetinin dosenti

https://orcid.org/0009-0006-1888-5240

[email protected]

 

ELMİ DİPLOMATİYA VƏ DİPLOMATİYANIN

İNNOVATİV XÜSUSİYYƏTLƏRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/110/98-104

 

Müasir dövrdə mövcud problemlər və fürsətlər, demək olar ki, elm və texnologiyanın inkişafı ilə birbaşa bağlıdır və problemlərin həlli yalnız dövlətlərin və elmi birliklərin birgə fəaliyyəti ilə mümkün­dür. Bununla əlaqədar olaraq, XXI əsrdə “elmi diplomatiya” anlayışı meydana çıxmışdır. “Elmi dip­lomatiya” ilk olaraq akademik dairələrdə beynəlxalq elmi əməkdaşlıq olaraq yaradılmış, uzun müd­dət ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı üçün vasitə rolunu oynamışdır. Sonralar onun tətbiqi məsələləri genişlənərək beynəlxalq elmi əməkdaşlıqdan kənara çıxmış, birbaşa yaxud dolayısı yolla diplomatik məqsədlərə xidmət etməyə başlamışdır. “Elmi diplomatiya” və “innovativ diplomatiya” an­layışları bir-biri ilə sıx bağlıdırlar. Belə ki, elm və yeni informasiya-kommunikasiya, həmçinin digər rə­qəmsal texnologiyaların diplomatik proseslərə tətbiqi ilə diplomatiya innovativ xarakter alaraq öz ənənəvi metodlarından fərqli yeni xüsusiyyətlər əldə etmiş, onun yeni kreativ növləri və innovativ me­todları formalaşmışdır. İnnovativ diplomatiya da öz növbəsində, elmi diplomatiyanın inkişafına töhfə verir və onun bütün ölçülərini əhatə edir. Göstərilənləri nəzərə alaraq, tarixi və nəzəri, transdissipli­nar yanaşma, araşdırma və analiz metodlarından istifadə edilərək məqalədə “elmi diplomatiya” və “innovativ diplomatiya” anlayışları, onlar arasında əlaqə nəzərdən keçirilir.

Açar sözlər: elmi diplomatiya, innovasiya, innovativ diplomatiya.



YÜKLƏ [301.88 Kb]
Baxış: 10
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]