TALEH CƏFƏROV
ADPU-nun Ümumi tarix və tarixin tədrisi
texnologiyası kafedrasının dos.v.i.e., tarix üzrə fəlsəfə doktoru,
BDU-nun Azərbaycan tarixi kaferasının (humanitar fakültələr üzrə)
elmlər doktoru proqramı üzrə qiyabi doktorantı
https://orcid.org/0009-0005-4833-0679
ŞƏBNƏM CƏFƏROVA
BDU-nun Türk xalqları tarixi kafedrasının
müəllimi, tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0008-3070-198X
TÜRK DİASPORUNUN AVROPAYA İNTEQRASİYASI VƏ
SİYASİ PROSESLƏRDƏ İŞTİRAKI
DOI: https://doi.org/10.36719/2708-065X/110/79-84
Türk diasporunun Avropaya inteqrasiyasının hüquqi əsaslarının formalaşdırılması və təşkilləşdirilməsi müasir dövrün ən mühüm problemlərindən biridir. Müasir dövrdə dünyada inkişaf edən türk diasporu mövcud olduqları cəmiyyətlərə sürətlə inteqrasiya etməklə yanaşı, siyasi proseslərin iştirakçılarına çevrilməkdədirlər. Avropa Birliyi ölkələrində siyasi prosesin əsas iştirakçılarına çevrilməkdə olan türk diasporu sürətlə təşkilatlanmaqdadır. Əcnəbilərin siyasi proseslərdə iştirakının təmin edilməsi məqsədilə bir çox Qərbi Avropa ölkələrində Vətəndaşlıq Aktlarına mühüm düzəlişlər və əlavələr edilmiş, qanunvericilik bazası təkmilləşdirilmişdir. Diaspor türklərinin siyasi proseslərdə iştirakına qoyulmuş bütün maneələr aradan qaldırılmışdır.
Açar sözlər: siyasi sistem, türk diasporu, Avropa Birliyi, lobbiçilik, siyasi fəallıq.
