İSMAYIL HACIYEV

Akademik,

AMEA Naxçıvan Bölməsi

[email protected]

 

AZƏRBAYCANIN İTİRİLMİŞ TARİXİ ƏRAZİLƏRİ:

QƏRBİ ZƏNGƏZUR VƏ GÖYÇƏ MAHALI

 

DOI: https://doi.org/10.36719/2708-065X/110/69-78

 

Məqalədə Rusiyanın-Qacarlar İranı və Osmanlı dövləti ilə apardığı müharibələrdən sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına – Qarabağa, Zəngəzura, Naxçıvana, İrəvana və b. ərazilərə köçürülməsi, ermənilərin tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsindən sonra Qərbi Zəngəzurun və Göyçə gölü ərazilərinin Ermənistan SSR-yə verilməsindən bəhs edilir. XX əsrin əvvəllərində Cənubi Qafqazda dövlətlərin, eləcə də Ararat Respublikasının yaranmasından sonra erməni daşnakları ərazilərini genişləndirmək, bu ərazilərin aborigen əhalisi, azərbaycanlıları yaşadıqları torpaqlardan çıxarılması üçün soyqırıma başlanmış, yüzlərlə kənd və qəsəbələr dağıdıl­mış, yandırılmış və azərbaycanlılar soyqırıma məruz qalmışlar. Çar Rusiyasının ermənilərlə bağlı si­yasətini Sovet Rusiyası, sonra isə Sovet dövləti davam etdirmişdir. Bu siyasət ermənilərin xeyrinə, azərbaycanlıların əleyhinə yönəlmişdi. Ermənistan Respublikası Sovet dövlətinə arxalanaraq Azər­baycanın bir sıra torpaqlarını zor gücünə ələ keçirmişdir. Qərbi Zəngəzur və Göyçə gölü əraziləri Sovet dövlətinin anti Azərbaycan siyasətinin nəticəsində Ermənistan SSR-yə verilmişdir. Ermənistan SSR 10 min kv. km ərazi ilə Azərbaycan torpaqlarında yaradılmış, Sovet dövlətinin anti Azərbaycan siyasəti nəticəsində 29,8 min kv. km əraziyə malik olmuşdur. 

Açar sözlər: Azərbaycan, Qərbi Zəngəzur, Göyçə mahalı, Sovet dövləti, anti Azərbaycan siyasəti, erməni daşnakları, soyqırım, itirilmiş torpaqlar.



YÜKLƏ [285 Kb]
Baxış: 17
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]