GÜLŞƏN HÜSEYNOVA
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Hərb Tarixi Muzeyində şöbə rəisi, t.ü.f.d.
TAM SÜVARİ GENERALI HÜSEYN XAN NAXÇIVANSKİNİN
İCTİMAİ FƏALİYYƏTİNƏ DAİR
DOI: https://doi.org/10.36719/2708-065X/110/59-64
Məqalə tam süvari generalı Hüseyn xan Naxçıvanskinin həm Rusiya imperiyasında, həm də doğma vətəni Naxçıvanın ictimai-siyasi həyatında rolu, eləcə də xeyriyyəçilik fəaliyyəti mötəbər mənbələr və elmi ədəbiyyat əsasında hərtərəfli şəkildə işıqlandırılmışdır. Hüseyn xan Naxçıvanski yalnız görkəmli bir hərbi xadim deyil, eyni zamanda dərin intellektə malik nüfuzlu ictimai xadim kimi də tanınmışdır. Onun dinə münasibəti və yanaşma tərzi də olduqca diqqətəlayiqdir. Yaşadığı və fəaliyyət göstərdiyi mühitdə xristian dininə mənsub insanların sayca üstünlük təşkil etməsinə baxmayaraq, o, bütün dinlərə qarşı tolerant və ədalətli münasibəti ilə fərqlənmişdir. Tabeliyində olan müxtəlif dinlərə mənsub əsgər və zabitlərə eyni hörmət və qayğı göstərmiş, dini və mənəvi dəyərlərə həssaslıqla yanaşaraq, heç bir ayrı-seçkiliyə yol verməmişdir. Bu baxımdan, Hüseyn xan Naxçıvanskinin ictimai fəaliyyətinin elmi cəhətdən araşdırılması, onun yaşadığı dövrün ictimai-siyasi mənzərəsini dərindən dərk etmək və bu tarixi reallıqları müasir dövrlə müqayisə etmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Açar sözlər: çar Rusiyası, Naxçıvanskilər, Hüseyn xan Naxçıvanski, leyb-qvardiya süvari alayı, Müsəlman Xeyriyyə Cəmiyyəti.
