SAMİR İSMAYILOV
Bakı Dövlət Universitetinin
Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi,
t.ü.f.d., dosent
QƏRBİ AZƏRBAYCANDA PROGİMNAZİYA VƏ GİMNAZİYALAR
(XIX ƏSRİN II YARISI-XX ƏSRİN ƏVVƏLLƏRİ)
DOI: https://doi.org/10.36719/2708-065X/110/55-58
Məqalədə çar Rusiyası dövründə Qərbi Azərbaycan torpaqlarında təsis edilmiş dünyəvi məktəblər sırasında xüsusi yer tutan progimnaziya və gimnaziyalardan bəhs olunur. Aparılan araşdırmalar göstərir ki, çar Rusiyasının XIX əsrin 30-cu illərindən məktəb və maarif sisteminin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər imperiyanın ucqarlarına da təsirsiz qalmadı. Bu islahatlar nəticəsində keçmiş dini təhsil ocaqları tədricən dünyəvi məktəblərlə əvəz olundu. Dünyəvi məktəblərin təsis olunduğu bölgələrdən biri də Qərbi Azərbaycan torpaqları, İrəvan quberniyasının əraziləri idi. Burada islahatlar nəticəsində əvvəlcə qəza məktəbləri, XIX əsrin ortalarından etibarən isə İrəvan quberniyasının qəza şəhərlərində şəhər məktəbləri, progimnaziya və gimnaziyalar təşkil olunmuşdu.
Açar sözlər: Qərbi Azərbaycan, progimnaziya, gimnaziya, İrəvan, Naxçıvan, Aleksandropol, islahat.
