RƏNA ƏSƏDOVA
tarix üzrə fəlsəfə doktoru, dosent
AMEA Tarix İnstitutu, Azərbaycan Universiteti
https://orcid.org/0000-0002-0310-6201
QAZAX BÖLGƏSİ: TARİXİ, İQTİSADİ VƏ
ETNO-DEMOQRAFİK VƏZİYYƏTİ (XVI -XVIII ƏSRLƏR)
DOI: https://doi.org/10.36719/2708-065X/110/49-54
XVI əsrin sonundan etibarən Qazax bölgəsində önəmli ictimai-siyasi hadisələr, etno-demoqrafik proseslər baş verdi. Səfəvi-Osmanlı müharibələri yerli əhalinin sayında, etnik tərkibində və iqtisadi vəziyyətində ciddi dəyişikliklərə səbəb oldu. Bölgənin XVIII əsrin 20-30-cu illərində Osmanlı tabeliyinə keçməsi, ardınca Səfəvi hakimiyyətinin bərpa edilməsi, Nadir şah Əfşarın ağalığı həm yerli əhalinin təsərrüfat həyatına, həm də etno-demoqrafik vəziyyətə bir daha təsir göstərdi. Təqdim edilən məqalədə bu məsələlər Osmanlı dəftərdarlarının tərtib etdikləri müfəssəl və icmal dəftərləri əsasında araşdırılmışdır.
Açar sözlər: Qazax bölgəsi, Osmanlı idarəçiliyi, dəftərdar, müfəssəl və icmal dəftərləri, Səfəvi dövrü, etno-demoqrafik dəyişikliklər.
