ZƏHRA İSLAMOVA

tarix üzrə fəlsəfə doktoru,

Bakı Dövlət Universitetinin müəllimi

[email protected]

 

ŞİRVANŞAHLAR DÖVRÜNDƏ SÜNNİLİK MƏZHƏBİNİN

REGİONDA YAYILMASI VƏ DİNİ İNSTİTUTLARIN FORMALAŞMASI

 

DOI: https://doi.org/10.36719/2708-065X/110/44-48

 

Şirvanşahlar dövründə (IX–XVI əsrlər) Azərbaycanın şimal-şərqində yerləşən Şirvan bölgəsində İslamın Sünni təmayüllərinin yayılması və bu prosesin nəticəsində formalaşan dini institutların siyasi, ideoloji və sosial-iqtisadi funksiyalarının təhlil olunması mühüm aktuallıq kəsb edir. Sünni, xüsusilə Hənəfi məzhəbinin dövlətin rəsmi ideologiyasına çevrilməsi və bu çərçivədə sufi təriqətlərin (Qadiriy­yə, Nəqşibəndiyyə) rolu vurğulanır. Məqalədə Evliya Çələbinin müşahidələrinə və digər tarixşünaslıq mənbələrinə əsaslanaraq məscidlər, mədrəsələr, təkkələr, qazılıq sistemi və vəqf mülkiyyətinin dini həyatdakı və idarəçilikdəki əhəmiyyəti geniş şəkildə araşdırılır. Araşdırmanın nəticəsi olaraq, Şirvan­da İslamın yalnız mənəvi deyil, eyni zamanda inzibati və iqtisadi bir struktur olaraq təşəkkül tapdığı sübut olunur.

Açar sözlər: Şirvanşahlar, Sünni məzhəbi, Hənəfi fiqhi, dini institutlar, vəqf, qazılıq sistemi, Nəqşibəndiyyə, Qadiriyyə, Evliya Çələbi, Şirvan bölgəsi.



YÜKLƏ [230.36 Kb]
Baxış: 18
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]