ƏLƏMDAR ŞAHVERDİYEV
Bakı Ali Neft Məktəbi
İngilis dili və Humanitar fənlər mərkəzinin dosenti
MÜSTƏQİLLİK TARİXİNİN İLK BAŞ NAZİRİ-FƏTƏLİ XAN XOYSKİ
DOI: https://doi.org/10.36719/2708-065X/110/23-26
Fətəli xan Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri olmuş və milli dövlətçiliyimizin qurulmasında mühüm rol oynamışdır. O, 1918-ci ildə elan edilən müstəqillik aktının müəlliflərindən biri kimi Azərbaycanın suverenliyinin beynəlxalq aləmdə tanıdılması istiqamətində fəaliyyət göstərmişdir. Hüquqşünas təhsilli bir dövlət xadimi kimi Xoyski həm qanunvericilik, həm də hökumət idarəçiliyi sahəsində böyük işlər görmüşdür. Onun rəhbərliyi ilə ilk milli hökumət formalaşdırılmış, dövlət atributları təsis edilmiş, ordunun təşkili başlanmışdır. Fətəli xan Xoyskinin fəaliyyəti Azərbaycanın dövlətçilik tarixi üçün böyük bir örnəkdir.
Açar sözlər: Cəfərqulu xan, Xoy, ədliyyə, hərbi, nazir.
