MAHİR QƏRİBOV

Tarix üzrə fəlsəfə doktoru,

Bakı Dövlət Universiteti Milli mətbuat tarixi kafedrasının doktorantı

https://orcid.org/0009-0002-8183-5802

[email protected]

 

“İRŞAD” QƏZETİNDƏ ƏHMƏD AĞAOĞLUNUN

MİLLİ-İDEOLOJİ GÖRÜŞLƏRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/111/278-283

 

XX əsr Azərbaycanın ictimai-siyasi fikrinin görkəmli nümayəndələrindən olan Əhməd Ağaoğlu­nun mətbu fəaliyyətində “İrşad” qəzetinin xüsusi rolu vardır. Onun milli birlik konsepsiyası və ideoloji görüşləri qəzetin səhifələrində geniş şəkildə öz əksini tapmışdır. Əhməd bəyin Avropa təhsil mühiti və demokratik dəyərlər prinsiplərini əsas tutaraq yazdığı məqalələrdə millilik amili daim ön planda ol­muşdur. Ağaoğlu həm strateji baxışa malik bir publisist, həm də İslam dünyasının modernləşmə zəru­rətinin qatı müdafiəçisi kimi çıxış etmişdir. Onun yazıları müsəlman dünyasının birliyi, ideoloji rolu, regional güc balansı və maarifçilik kimi məsələlərə dair mühüm fikirlər təqdim edir. Məqalələr göstə­rir ki, o yalnız hadisələrin şərhini verməmiş, həm də siyasət, tarix, din və cəmiyyət elmlərinin kəsişmə­sində nəzəri konsepsiya formalaşdırmışdır. Onun redaktorluğu ilə yayımlanan “İrşad” qəzetində yer alan türkçülük düşüncəsi müstəqillik dövründə milli azərbaycançılıq ideologiyasının formalaşmasına mühüm təsir göstərmişdir.

Açar sözlər: Mətbuat tarixi, “İrşad” qəzeti, Əhməd Ağaoğlunun ideoloji baxışları, Demokratizm, Milli təfəkkürün təbliğatçıları.



YÜKLƏ [231.97 Kb]
Baxış: 8
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]