XATİRƏ AĞAYEVA

Tarix üzrə fəlsəfə doktoru

AMEA Abbasqulu Ağa Bakıxanov adına

Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi

[email protected]

 

QƏRBİ AZƏRBAYCANDA TARİXİ ABİDƏLƏR

 

DOI: https://doi.org/10.36719/2708-065X/111/267-277

 

Qərbi Azərbaycan həm tarixi, həm də mədəni irs baxımdan zəngin bir bölgə olaraq, müxtəlif dövrlərdə mədəniyyətlər və sivilizasiyaların qovuşduğu mərkəzlərdən biri olmuşdur. Bu ərazidəki abi­dələr, məscidlər, məqbərələr, saraylar və digər memarlıq nümunələri regionun zəngin tarixini və mə­dəni irsini əks etdirir. Tarixi və mədəni irsin mühafizəsi bu günkü dövrün əsas məsələlərindən birinə çevrilmişdir. Bu məqalədə Qərbi Azərbaycandakı abidələrin tarixi və memarlıq xüsusiyyətləri, onların qorunub saxlanması, erməni soyqırımı və deportasiya hadisələrinin abidələrin taleyinə təsiri araşdırıl­mışdır. Eyni zamanda, ermənilərin Cənubi Qafqazda mülkiyyət iddiaları ilə bağlı tarixi faktlara və İrəvanda, Zəngəzurda və Dərələyəz mahalında baş vermiş tarixi dəyişikliklərə toxunulmuş, mədəni irsin məhv edilməsi ilə bağlı əhəmiyyətli məlumatlar təqdim edilmişdir.

Açar sözlər: Qərbi Azərbaycan, Tarixi abidələr, Alban memarlığı, Erməni vandalizmi



YÜKLƏ [311.47 Kb]
Baxış: 6
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]