ƏMİNƏ İMANZADƏ
Azərbaycan Dillər Universiteti
Qərb ölkələri üzrə Regionşünaslıq kafedrası, müəllim
AMAZONUN YERLİ XALQLARI VƏ ONLARIN ETNİK XÜSUSİYYƏTLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/111/260-266
Təbiətimizin ən mürəkkəb və gözəl təbii xəzinələrindən biri olan Amazon meşəsi, möhtəşəm varlıqlara ev sahibliyi edir. Əsrlər əvvəl Asiyadan köç edən insanların bu torpaqlara gəldiyi və özlərinə məxsus unikal həyat tərzi yaratdıqları düşünülür. Böyük Coğrafi Kəşflər dövründən bəri bizlərin “hindular” adlandırdığımız insanlar, özlərinin unikal inancları və etnoqrafik ənənələri ilə hər zaman diqqət mərkəzində olub. Təəssüf ki, təbii gözəlliyi və geniş ərazisi ilə seçilən Amazon meşəsi, kolonistlərin diqqətindən qaçmadı – işğal və hinduların soyqırımı prosesi başlandı. 16-cı əsrdən bəri kolonial hücumlara məruz qalan hinduların sayı əhəmiyyətli dərəcədə azaldı və bu, bu gün də davam etməkdədir. Hökumətlər tərəfindən bu xalqların torpaqları və hüquqları tanınsa da, nəzarətsiz meşə qırılması, fermerlər və qızıl ovçuları tərəfindən edilən hücumlar səbəbindən onlar hələ də evlərini, torpaqlarını və hətta həyatlarını itirməkdə davam edirlər. Bu məqalədə Amazon bölgəsində yaşayan əsas tayfalar, onların etnik ənənələri, təbiətə töhfələri, kənd təsərrüfatı üsulları və müasir dövrdə qarşılaşdıqları problemlər müzakirə edilir.
Açar sözlər: Amazon, hindu, tayfa, animizm, şaman, Braziliya.
