KƏMALƏ ƏFƏNDİYEVA

AMEA-nın Akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun doktorantı

ORCID iD: 0000-0002-3789-2706

 [email protected] 

 

ERMƏNİSTAN VƏ QAZAXISTAN ARASINDA

SİYASİ-DİPLOMATİK ƏLAQƏLƏRİN İNKİŞAF DİNAMİKASI (1991–2025)

 

DOI: https://doi.org/10.36719/2708-065X/111/238-242

 

Məqalədə 1991–2025-ci illərdə Ermənistan və Qazaxıstan arasında siyasi-diplomatik əlaqələ­rin formalaşması və inkişaf mərhələləri araşdırılır. SSRİ-nin dağılmasından sonra diplomatik müna­sibətlərin qurulması, səfirliklərin açılması və 1999-cu ildə imzalanan “Dostluq və Əməkdaşlıq haq­qında Müqavilə” kimi sənədlər iki ölkə arasındakı münasibətlərin əsasını təşkil etmişdir. Məqalədə həmçinin Ermənistan və Qazaxıstanın Avrasiya İqtisadi İttifaqı və MDB çərçivəsində əməkdaşlığı, 2024-cü ildə Ermənistanın Aİİ-yə sədrlik fəaliyyəti və KTMT-dən uzaqlaşma qərarının təsirləri təhlil olunur. 2025-ci ildə iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsi, hökumətlərarası komissiya, tran­zit marşrutlarının bərpası və mədəni əməkdaşlığın güclənməsi xüsusi vurğulanır. Beləliklə, məqalə Ermənistan-Qazaxıstan münasibətlərinin siyasi və iqtisadi istiqamətlərdə praqmatik əməkdaşlıq səviyyəsinə yüksəldiyini göstərir.

Açar sözlər: Ermənistan, Qazaxıstan, diplomatik münasibətlər, siyasi əməkdaşlıq, iqtisadi in­teqrasiya, nəqliyyat-logistika, regional diplomatiya, postsovet məkanı.



YÜKLƏ [227.1 Kb]
Baxış: 5
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]