AYTƏN CƏFƏRLİ

Bakı Dövlət Universiteti

Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının doktorantı

[email protected]

 

2003–2018-Cİ İLLƏRDƏ AZƏRBAYCAN MEŞƏ VƏ

MEBEL SƏNAYESİ KOMPLEKSİNİN TRANSFORMASİYA PROSESİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/111/198-206

 

Məqalə Azərbaycanın sənaye inkişafı tarixində mühüm yer tutan qeyri-neft sektorunun, xüsusi­lə də meşə, tikinti materialları və mebel sənayesi sahələrinin 2003–2018-ci illər üzrə formalaşma və yüksəliş mərhələlərinə həsr olunmuşdur. Araşdırılan dövr ərzində ölkədə həyata keçirilən iqtisadi islahatlar və dövlət proqramları bu sahələrin genişlənməsinə, istehsal gücünün artırılmasına və yerli brendlərin formalaşmasına şərait yaratmışdır. Bu illər ərzində mebel sənayesində “Saloğlu”, “Em­bawood”, “Gəmiqaya” və “M-Line” kimi iri müəssisələrin fəaliyyətə başlaması, istehsal texnologi­yalarının yenilənməsi, beynəlxalq standartların tətbiqi və məhsulların xarici bazarlara ixracı sahə­nin inkişafında dönüş nöqtəsi olmuşdur. Mebel sərgilərinin təşkili, dövlətin sahibkarlığa dəstək siya­səti və investisiya mühitinin yaxşılaşdırılması həmin sahənin genişlənməsinə əlavə stimul vermişdir. Məqalənin yeniliyi ondan ibarətdir ki, tədqiqatda meşə və tikinti sənayesinin Azərbaycanın qeyri-neft sektorundakı xüsusi çəkisi ayrıca təhlil edilir. Tikinti materialları sənayesində də eyni dövrdə mühüm irəliləyişlər baş vermişdir. “Qaradağ Sement”, “Holcim–Azərbaycan”, “Azbetonid” kimi müəssisə­lərin fəaliyyətə başlaması və ya modernləşdirilməsi nəticəsində daxili bazarın tələbatının böyük hissəsi yerli istehsal hesabına ödənilmiş, regionların iqtisadi inkişafına əhəmiyyətli töhfə verilmişdir. Yeni texnologiyaların tətbiqi, iş yerlərinin yaradılması və logistika imkanlarının genişlənməsi bu sahəni də qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevirmişdir.

Beləliklə, 2003–2018-ci illər Azərbaycanın meşə, tikinti materialları və mebel sənayesinin sü­rətli inkişaf dövrü kimi xarakterizə olunur. Bu sahələr minlərlə insanı işlə təmin etməklə yanaşı, ölkə­nin ixrac potensialının və iqtisadi dayanıqlığının güclənməsində mühüm rol oynamışdır.

Açar sözlər: qeyri-neft sənayesi, mebel istehsalı, sənaye siyasəti, regionların inkişafı, iqtisadi islahatlar.



YÜKLƏ [596.44 Kb]
Baxış: 5
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]