ŞƏHLA ƏHMƏDOVA
Sumqayıt Dövlət Universitetinin baş müəllimi,
AMEA Bakıxanov adına Tarix İnsitutunun dissertantı
ORCİD:0000-0002-1835-3061
2009-2016-CI İLLƏRDƏ QAZAX RAYONUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFI
DOI: https://doi.org/10.36719/2708-065X/111/193-197
Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra ölkədə sovet dövründən qalma xalq və kənd təsərrüfatı sahələrinin itmiş görkəmini, məhsuldarlığı və dağınıqlığı aradan qaldırmaq üçün müəyyən proqrama malik bir strategiya həyata keçirmək dövrün zəruri tələbi idi. Belə bir Proqramı ölkə prezidenti İlham Əliyev hakimiyyətə gəlişinin bir ili tamam olmamış 2004-cü ildə elan etdi. Bu ölkənin və xalqın rifahı üçün elan edilmiş Regionların iqtisadi inkişafı Dövlət Proqramı idi. Proqramda ölkə üzrə hər bir regionun coğrafi, iqtisadi və sosial mövqeyi nəzərə alınaraq müəyyən edilmiş tədbirlər planı nəzərdə tutulmuşdur.Bizim məqalədə isə Dövlət Proqramına əsasən ölkəmizin qərb bölgəsi olan Qazax rayonunun sosial-iqtisadi inkişafı üçün 2010-cu ildən 2013-cü ilə qədər görülmüş sosial-iqtisadi işlər barədə məlumat verilmişdir. Məqalədə bu illərdə ölkə prezidentinin sərəncamlarına və büdcədən ayrılmış vəsaitlərə əsasən həyata keçirilmiş tikinti-quraşdırma və təmir-bərpa tədbirlərindən söz açılmışdır.
Açar sözlər: Qazax, Dövlət Proqramı, sosial-iqtisadi, prezident sərəncamı, regionlar.
