ELNUR KƏLBİZADƏ

tarix üzrə fəlsəfə doktoru, dosent

Milli Aviasiya Akademiyası 

kelbizadeh@gmail.com

 

ERMƏNİSTAN VƏ İRAN ARASINDA NƏQLİYYAT LAYİHƏLƏRİ:

İQTİSADİ REALLIQLAR VƏ SİSTEMLİ UĞURSUZLUQLAR

(1991-2020-ci illər)

 

DOI: https://doi.org/10.36719/2708-065X/111/163-168

 

Məqalədə İran və Ermənistan arasında nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın qurulması, təkamülü və geosiyasi nəticələri araşdırılır. İran üçün şimal qonşuları ilə inteqrasiya olunmuş nəqliyyat şəbəkəsinin yaradılması regional əlaqələrin qurulması və iqtisadi inteqrasiya baxımından strateji zərurət kimi qiymətləndirilir. Ermənistan üçün isə İranla əməkdaşlıq təcridi və­ziyyətindən çıxmaq, digər regional aktorlardan asılılığı azaltmaq vasitəsi hesab edilmişdir. Məqalə­də Araz çayı üzərində körpülərin tikintisi, Meğri-Qacaran tuneli, Təbriz-Ermənistan avtomobil yolu və təklif olunan Cənubi Ermənistan Dəmiryolu xətti kimi layihələrinin irəli sürülməsində siyasi və iqtisadi məqsədlər təhlil edilmişdir. Araşdırmalar göstərir ki, bu təşəbbüslər əsasən Ermənistanın geosiyasi təcridini aradan qaldırmaq məqsədi daşımışdır. Lakin Şimal-Cənub Nəqliyyat Dəhlizi çər­çivəsində İran-Azərbaycan-Rusiya marşrutunun daha səmərəli olması səbəbindən, Ermənistan ərazi­sindən yaradılmasına təşəbbüs göstərilən layihələr geniş regional dəstək qazana bilməmişdir. Bun­dan əlavə, məqalədə kommunikasiya və İT sektorlarındakı əməkdaşlıq məsələlərinə İranın regional nəqliyyat strategiyasının davamı kimi diqqət yetirilmişdir. 

Ümumilikdə, İran–Ermənistan nəqliyyat əməkdaşlığı üçün cüzi potensial mövcuddur. Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və infrastruktur alternativləri iki ölkə arasında nəqliyyat sahəsin­də əməkdaşlığın gələcək perspektivlərini məhdudlaşdırır.

Açar sözlər: İran, Ermənistan, nəqliyyat, kommunikasiya, dəmir yolu, regional əməkdaşlıq, Şi­mal-Cənub dəhlizi, geosiyasət, iqtisadi diplomatiya.



YÜKLƏ [250.91 Kb]
Baxış: 12
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]