MƏMMƏDAĞA BAXIŞOV
Bakı Dövlət Unuversiteti, Tarix fakültəsi
Avropa və Amerika ölkələrinin yeni və
müasir tarixi kafedrasının dosenti
mammadaqabaxı[email protected]
AVROPA İTTİFAQI İLƏ İNGILTƏRƏ ARASINDA
MÜNASİBƏTLƏRİN İNKIŞAFI, XÜSUSİYYƏTLƏRİ VƏ BREKZİT
DOI: https://doi.org/10.36719/2708-065X/111/134-139
Məqalə İngiltərənin Avropa İttifaqı ilə münasibətlərinə həsr olunmuşdur. Məqalədə İngiltərənin Avropa inteqrasiyasına münasibəti, 1960-1990-cı illərdə Avropa İttifaqı ilə münasibətləri, 1975-ci il referendumunun Avropa İttifaqının İngiltərə ilə münasibətlərinin inkişafına təsiri kimi məsələlər şərh edilir. Müəllif XXI əsrin əvvəllərində İngiltərə ilə Avropa İttifaqı arasında ziddiyyətlərin artmasına, İngiltərənin Avropa İttifaqından çıxmağa yönəlmiş fəaliyyətinə və 2016-cı il referendumunun yekunlarına xüsusi diqqət yetirir.
Açar sözlər: inteqrasiya, Avropa İttifaqı, əməkdaşlıq, ziddiyyət, referendum Brekzit.
