MEHMAN AĞAYEV
Azərbaycan Dövlət Pedaqoji Universiteti,
tarix üzrə fəlsəfə doktoru
SULTAN II ƏBDÜLHƏMİD DÖVRÜNDƏ
OSMANLI-QACAR XANƏDANLIĞI MÜNASİBƏTLƏRİ
İranın son türk əsilli xanədanlığı Qacarlar ilə Osmanlı dövləti arasındakı münasibətləri nəzərdən keçirdiyimizdə, enişli-yoxuşlu olduğunu müşahidə etməkdəyiz. Osmanlı-Qacar münasibətlərində mübahisə doğuracaq məsələlərin başında hər iki tərəfin uzun müddət mübarizə apardığı Qafqaz ölkələri üzərində nüfuz qurmaq arzusu və sərhədlərin delimitasiyası; Atabȃt-ı Ȃliyedə (Kərbəla, Nəcəf, İraqın şiələr üçün müqəddəs sayılan yerləri) sünni-şiə mübarizəsi; Şərqi Anadoluda Osmanlı-İran sərhəd bölgəsində yaşayan bəzi köçəri tayfaların (əsasən kürd) yaratdığı problemlər; rəsmi Tehranın erməni kartından Osmanlıya qarşı istifadəyə çalışması; Dövlət-i Aliyyəyə sığınan İran rejimi əleyhdarlarının fəaliyyəti gəlməktə idi. II Əbdülhəmid xarici siyasətində “İttihad-ı İslam” amilini əsas tutmaqla bərabər, tarixi şiə-sünni rəqabətini yumşaltmağa çalışaraq Qacarlar xanədanlığı üzərində nüfuzunu hiss etdirməyə çalışmışdı.
Açar sözlər: Sultan II Əbdülhəmid, Osmanlı dövləti, Qacar xanədanlığı, İttihad-ı İslam.