CƏMİL QULİYEV

tarix üzrə fəlsəfə doktoru,

AMEA Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi,

AMEA A.A.Bakıxanov adınaTarix və Etnologiya İnstitutu

ORCİD:0009-0006-8736-0667

[email protected]

 

MİLLİ QURTULUŞ AMALLI QAYIDIŞ

 

DOI: https://doi.org/10.36719/2708-065X/111/107-113

 

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır!”

Heydər Əliyev

Məqalədə milli birliyimizin müdafiəsi, müqəddəs azərbaycançılıq ideologiyası, demokratik Azərbaycan dövlətini layiqli şəkildə gələcək nəsillərə ötürülməsi qeyd edilir. Mətndə xalqımızın çağ­daş tarixində yaddaqalan, milli dövlətçilik və siyasi tariximizə şanlı səhifələr yazan dönəmlərdən: 14 iyul 1969–cu il, 21 noyabr 1992–ci il, 15 iyun 1993–cü il aşağıdakı formada bəzi mülahizələrlə öz əksini tapmışdır. 

1) Tarix doğma Azərbaycanımıza rəhbərlik edən, dahi şəxsiyyət, fenomenal dövlət adamı, müd­rik siyasətçi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gün;

2) Müstəqil Azərbaycan dövlətini parçalanmaqdan, siyasi səhnədən çəkilmək qorxusundan, müstəqilliyini itirmək təhlükəsindən qoruyub saxlamağa, dövlət müstəqilliyinin əbədiliyini, sarsıl­mazlığını, dönməzliyini təmin etməyi özünün ən ali məqsədi elan etmiş Yeni Azərbaycan Partiyasının möhtərəm Heydər Əliyevin rəhbərliyi ilə yarandığı gün;

3) Xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gələn xalqımızın qeyrətli oğlu, alovlu vətənpərvər, böyük öndər Heydər Əliyevin xilaskar missiyalı, milli qurtuluş amallı qayıdışı­nın, müstəqil Azərbaycan dövlətinin, milli dövlətçiliyin aydın sabahına təminatın verdiyi Milli Qurtu­luş günü kimi çağdaş milli tariximizə qızıl hərflərlə qeyd olunub.

Açar sözlər: Heydər Əliyev, şəxsiyyət, milli, lider, dövlətçilik, azərbaycanlı.



YÜKLƏ [244.25 Kb]
Baxış: 145
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]