TURAN AXUNDOVA
Bakı Dövlət Universitetinin Türk xalqları kafedrasının dosenti; t.ü.f.d
turanakhundova@bsu.edu.az
TÜRKİYƏNİN II DÜNYA MUHARİBƏSİ İLLƏRİNDƏ İQTİSADİ VƏZİYYƏTİ
DOI: https://doi.org/10.36719/2708-065X/111/93-101
Məqalədə İkinci Dünya müharibəsi illərində Türkiyənin iqtisadi vəziyyəti təhlil edilir, həmin dövrdə müharibə iştirakçısı olan dövlətlərin Türkiyəni müharibəyə qoşulmağa təşviq etməsi, Türkiyənin isə bu çağırışlara müsbət cavab vermədiyi hallarda onlara qarşı iqtisadi sanksiyalarla üzləşməsi araşdırılır. Eyni zamanda, hökumətin həyata keçirdiyi iqtisadi siyasətlər və müharibə dövründə qəbul edilmiş müxtəlif iqtisadi qanunlar da tədqiqata daxil edilir.
Açar sözlər: müharibə illəri Türkiyə, varlıq vergisi (1942), Türkiyədə iqtisadi səfərbərlik, Türkiyənin müharibə dövrü iqtisadi siyasəti, milli qorunma qanunu.
